İsrail ordusunun mətbuat xidməti İordan çayının qərb sahilindəki terror fəaliyyətlərində şübhəli hesab olunan 17 fələstinlinin İsrail təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığı barədə məlumat yayıb.

Leqal.info xəbər verir ki, Məlumatda İsrail Müdafiə Qüvvələri, Baş Təhlükəsizlik Xidməti və Sərhəd Polisinin bu gecə İudeya və Samariyada 17 şübhəlinin tutulması məqsədilə tədbirlər görüldüyü qeyd olunub.
Başqa məsələlərlə birlikdə, Kablus, Hevron və Kalkilya şəhərlərində, habelə İordan çayının qərb sahilinin bir çox kənd və qəsəbələrində reydlər aparıldığı, bəzi ərazilərdə atışma səslərinin eşidildiyi və toqquşmaların olduğu bildirilib. Kimliyi bilinməyən şəxslər tərəfindən Cenin şəhəri yaxınlığında gecə saatlarında İsrail ordusunun postu atəşə tutulub. Hərbçilər arasında yaralanan olmadığı qeyd olunub.
Leyla Kamil
Leqal.info