Fransa hökumətinin təklif etdiyi pensiya islahatı demokratik yolunu davam etdirəcək və ilin sonuna kimi qüvvəyə minməlidir.

Leqal.info TASS-a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron TF1 və France 2 telekanallarına müsahibəsində söyləyib.

“Bu mətn demokratik yolunu davam etdirəcək” deyən Makron, parlamentdəki müzakirələr və qanun layihəsinin qəbulundan sonra hökumətə etimad səsverməsi də daxil olmaqla bütün rəsmi prosedurlara əməl edildiyini xatırladıb: “Biz qanun layihəsi ilə bağlı Konstitusiya Şurasının rəsmi mövqeyini gözləməliyik”.

Makron, eyni zamanda islahatın ilin sonuna qədər qüvvəyə minəcəyinə ümid etdiyini bildirib.


Leyla Kamil

Leqal.info