Moskvada İstilik Elektrik Stansiyası (İES) yaxınlığında mərmi tapılıb.

Leqal.info Rusiya mediasına istinadən xəbər verir ki, Vavilov küçəsində yerləşən İES-in hasarının yaxınlığında tapılan mərminin mina olması ehtimal olunur.

Ehtimal olunan minanın İES-in hasarının yaxınlığında, keçid məntəqəsindən təxminən 50 metr aralıda aşkar olunduğu, ərazinin mühasirəyə alındığı, istehkamçıların hadisə yerinə cəlb edildiyi bildirilib.

Leyla Kamil
Leqal.info