Leqal.info xəbər verir ki, bu haqda Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Bazar günü səhər tezdən Prezident Co Bayden Missisipi ştatında fövqəladə vəziyyət elan etdi və 24-25 mart 2023-cü il tarixləri arasında tornadoların vurduğu ərazilərdə yerli hökumətin yardım səylərini tamamlamaq üçün federal yardım göstərilməsini əmr etdi” , məlumatda deyilir.
Martın 26-da Milli İctimai Radio ABŞ-ın Missisipi və Alabama ştatlarında tornadolar nəticəsində azı 26 nəfərin öldüyünü bildirib. Həmin ərazilərdə küləyin sürətinin saatda 129 km-ə çatdığı, yağış və dolu yağdığı dəqiqləşdirilib.
Leqal.info