İsraildə davam edən ümumi tətil səbəbi ilə İsrailin Gürcüstandakı səfirliyi fəaliyyətini dayandırıb.

Leqal.info xəbər verir ki, bu haqda səfirliyin “Facebook” hesabında paylaşım edilib.

Qeyd olunub ki, İsrailin Histadrut həmkarlar ittifaqının elan etdiyi ümumi tətillə bağlı olaraq İsrailin Tbilisidəki səfirliyi bu gündən növbəti xəbərdarlığa qədər fəaliyyətini dayandırır.

Tətil ərzində konsulluq xidmətlərinin göstərilməyəcəyi vurğulanıb.

Leyla Kamil
Leqal.info