Qırğızıstanın Oş vilayətində qırxdan çox uşaq naməlum maddədən zəhərlənib, onlardan 18-i xəstəxanaya yerləşdirilib.

Leqal.info xəbər verir ki, bu haqda TASS-a Qırğızıstanın Səhiyyə Nazirliyindən bildirilib.

"Oş vilayətinin Kara-Suu rayonunda 43 uşaq tibbi yardım üçün müraciət edib", - nazirliyin mərkəzi aparatının nümayəndəsi bildirib. Onun sözlərinə görə, zərərçəkənlərə ilkin zəhərlənmə diaqnozu qoyulub, onlardan 18-i xəstəxanaya yerləşdirilib.

Zəhərlənməyə konkret nəyin səbəb olduğu hazırda mütəxəssislər tərəfindən müəyyən edilir. Müvafiq analizlər aparılır.

Leqal.info