Fransanın Marsel şəhərində gecə atışma baş verib, 3 nəfər həyatını itirib.

Leqal.info xəbər verir ki, bu haqda “BFM TV” məlumat yayıb.

Atışmanın motivləri ilə bağlı ətraflı məlumat verilməyib, lakin qeyd olunub ki, hadisə narkotik ticarəti aparılan ərazilərdə olub.

Hadisə nəticəsində 8 nəfərin xəsarət aldığı və onların xəstəxanaya yerləşdirildiyi bildirilib.

Leyla Kamil
Leqal.info