Pakistanın şimal-qərbində yerləşən Hayber Paxtunxva əyalətində baş verən zəlzələ nəticəsində azı 9 nəfər həyatını itirib.

Leqal.info TASS-a istinadən xəbər verir ki, zəlzələnin episentrinin qonşu Əfqanıstanda olduğu qeyd edilir. Əfqanıstanın şərqindəki Laqman əyalətində isə iki nəfər həyatını itirib.

Təbii fəlakət nəticəsində daha 44 nəfər xəsarət alıb.

Qeyd edək ki, yeraltı təkanlar Tacikistan, Qazaxıstan və Özbəkistanda hiss olunub.

Leqal.info