Rusiya ordusu Xerson vilayətini atəşə tutub.

Leqal.info Unian-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak məlumat verib.

Onun sözlərinə əsasən, rusların Xerson şəhərini atəşə tutması nəticəsində iki qadın həlak olub.

Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə isə hava hücumu nəticəsində Xerson vilayətində hüquq-mühafizə orqanlarının üç əməkdaşı da yaralanıb.

Leqal.info