İranın Sistan-Bəlucistan əyalətində aksiya zamanı etnik bəluclarla hərbi-polis qüvvələri arasında baş verən toqquşma nəticəsində 7 etirazçı ölüb, çoxlu sayda dinc sakin isə yaralanıb.

Leqal.info xəbər verir ki, məlumatı “Amerikanın səsi” radiosunun fars redaksiyası yayıb.

Rejimin hərbi-polis qüvvələrinin motosikletçiləri aksiya zamanı əyalətin Fənuc şəhərində 4 yeniyetməyə hücum edib.

Yeniyetmələrin yaralanmasına etiraz olaraq şəhər əhalisi yerli polis şöbəsinin binasını daş-qalaq ediblər.

Hökumət qüvvələrinin etirazçılara odlu silahdan atəş açdıqları bildirilib.

Məlumata əsasən, Fənucə İnqilab Keşikçiləri Qvardiyasının yeni qüvvələri və hərbi texnikası yeridilib.

Elvin Mahmudlu
Leqal.info