İranın Sistan və Bəlucistan əyalətində iki polis əməkdaşı öldürülüb.

Leqal.info xəbər verir ki, Sistan və Bəlucistan polis komandanlığının verdiyi məlumata əsasən, ötən gecə silahlı şəxslərin hücumuna məruz qalan polis məmurları Sistan və Bəlucistan əyalətinin Bampur bölgə polis idarəsinə mənsub idilər və hadisə patrul missiyasını həyata keçirərkən baş verib.
Atışma əsnasında mayor Muxtar Mömini və leytenant Əbuzər Ümidvar ölüb, bir polis nəfəri isə yaralanıb.
Silahlı şəxslər hadisə yerindən uzaqlaşıb.
Qeyd edək ki, sözügedən faktla bağlı cinayət işi başladılıb. Eyni zamanda silahlı dəstə üzvlərinin həbs olunması üçün xüsusi əməliyyat-axtarış qrupu təsis olunub.
Leyla Kamil
Leqal.info