Moldovada müxalif “Şor” partiyasının sədr müavini saxlanılıb.

Leqal.info xəbər verir ki, bu barədə ölkənin Antikorrupsiya Prokurorluğu rəsmi Facebook səhifəsində məlumat verib.

Sədr müavini Marina Tauber partiyanın maliyyələşdirmə qaydalarını pozmaqda şübhəli bilinir.

“Tauber Kişinyov hava limanında İsrailə uçmaq istəyərkən saxlanılıb”, - məlumatda qeyd olunub.

Elvin Mahmudlu
Leqal.info