Rusiyadan Ermənistana təbii qazın nəqli müvəqqəti olaraq dayandırılıb.

Leqal.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” məlumat yayıb.

Şirkətin mətbuat xidmətindən verilən məlumata əsasən, nəqlin dayandırılması 1-4 may tarixlərində “Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəmərində nəzərdə tutulan təmir işləri ilə bağlıdır.

Ermənistan istehlakçılarının qaz təchizatı indi daxili ehtiyatlar hesabına həyata keçirilir.

Elvin Mahmudlu
Leqal.info