Pakistanda müxalif Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI - Pakistan Tehreek-e-Insaf) baş katibi Əsəd Ömər bu gün paytaxt İslamabadda Ali Məhkəmənin binasında həbs edilib.

Leqal.info xəbər verir ki, bu barədə yerli “Dawn” nəşri yazıb.

Həbsin səbəbləri barədə açıqlama verilməyib.

Qeyd edək ki, ölkənin keçmiş Baş naziri və PTI rəhbəri İmran Xan bu gün məhkəmə qərarı ilə 8 günlük həbs edilib. İmran Xan korrupsiyada, ona və həyat yoldaşına məxsus “Əl-Qadir” fondundan istifadə edərək çirkli pulların yuyulmasında ittiham olunur.

Sabiq hökumət başçısının rəhbərlik etdiyi dövrdə Böyük Britaniyadan köçürülən 60 milyard rupi (təxminən 210,6 milyon dollar) məbləğinin leqallaşdırılmasına görə İmran Xan adı açıqlanmayan daşınmaz əmlak firmasından milyardlarla rupi pul vəsaiti almaqda təqsirli bilinir.

İmran Xanın həbsi Pakistanın bir sıra iri şəhərlərində müxalifətin kütləvi etirazlarına səbəb olub.

Pakistanın bir sıra bölgələrində PTİ tərəfdarları ilə polis arasında şiddətli toqquşmalar baş verib.

Elvin Mahmudlu
Leqal.info