Texasda bir nəfər gecə klubuna yaxın dayanacaqda atəş açıb, 3 nəfər yaralanıb.

Leqal.info xəbər verir ki, bu barədə rəsmi orqanlara istinadən Associated Press məlumat yayıb.

Qeyd olunub ki, klubun ziyarətçilərindən biri davanın iştirakçısı olub, bundan sonra mühafizəçilər ondan klubu tərk etməsini istəyiblər. Həmin şəxs tələbi yerinə yetirib və dayanacaqda olan insanlara atəş açıb.

Hadisə nəticəsində 3 nəfər xəstəxanaya yerləşdirilib. Atəş açmaqda şübhəli bilinən şəxs də klubun silahlı mühafizəçiləri tərəfindən vurulduqdan sonra xəstəxanaya aparılıb, lakin o, orada dünyasını dəyişib.

Leqal.info