Türkiyədə sərnişin avtobusu minik avtomobili ilə toqquşub.

Leqal.info "Anadolu"ya istinadən xəbər verir ki, hadisə Zonquldağın Çaycuma adlanan qəsəbəsində baş verib.

Sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Leyla Kamil
Leqal.info