Krımda dəmir yolunda partlayış törədilib.

Leqal.info TASS-a istinadən xəbər verir ki, Kirov rayonunda dəmir yolu xəttinin zədələnməsi ilə bağlı qatarların hərəkəti dayandırılıb.

Təmir-bərpa işləri üçün 3-4 saat lazım olduğu, partlayış nəticəsində xəsarət alanların olmadığı bildirilib.

Sərnişinlərin daşınması üçün avtobuslar ayrılıb.

Leqal.info