Suriyanın Hələb əyalətinin Afrin şəhərinin mərkəzində minalanmış avtomobil partladılıb.

"Leqal.info"nun Trend-ə istinadən məlumatına görə, partlayış bazarda törədilib.

Hadisə nəticəsində 5 nəfər ölüb, 20 nəfərdən çox yaralı var.