Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiyada silahlı qiyam cəhdini şərh edib.

Leqal.info xəbər verir ki, o, baş verənləri hərbi qiyam və iyrənc satqınlıq adlandırıb.

Kadırovun sözlərinə əsasən, "Vaqner"in bu cür hərəkətlərinə haqq qazandırmaq qeyri-mümkündür. Kadırov Putini tam dəstəklədiyini də bildirib.

Çeçenistan rəhbəri Rostovdakı vəziyyətlə bağlı diqqətə çatdırıb ki, Müdafiə Nazirliyi və “Rosqvardiya”nın Çeçenistan Respublikasındakı döyüşçüləri artıq gərginlik zonalarına yola düşüblər.

Elvin Mahmudlu
Leqal.info