Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovla görüşüb.

Leqal.info Kremlin mətbuat xidmətinə istinadən məlumat verir ki, görüş zamanı Kadırov Çeçenistan Respublikasındakı vəziyyət və Ukraynada müharibə zonasında olan çeçen hərbi birləşmələri haqqında Putinə məlumat verib.

Putin xüsusi hərbi əməliyyat zonasında çeçenlərin necə döyüşdüyünü müşahidə etdiyini və onlara ən xoş sözlərini çatdırmasını Kadırova bildirib.

Çeçenistan rəhbəri isə Rusiya Prezidenti tərəfindən qarşıya qoyulan bütün tapşırıqların yerinə yetiriləcəyini qeyd edib: "Biz sizin bütün əmrlərinizi yerinə yetiririk, qarşımıza qoyulan bütün tapşırıqlar yerinə yetiriləcək", - deyə Kadırov Rusiya Prezidentinin diqqətinə çatdırıb.



Leyla Kamil
Leqal.info