Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı xüsusi hərbi əməliyyatla bağlı vəziyyətə nəzarət etdiyini bildirib.

Leqal.info xəbər verir ki, bu barədə Rusiya Prezidenti “Rossiya 1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” verilişinə müsahibəsində söyləyib.

Hərbi əməliyyatların gedişatını izləməyə nə qədər vaxt ayırması ilə bağlı jurnalistin sualına cavab verən Putin qeyd edib ki, ilk növbədə hərbi əməliyyatlara diqqət ayırır:

“Günüm bununla başlayır və bitir”, - deyə Rusiya lideri qeyd edib.

Elvin Mahmudlu
Leqal.info