“Rusiya Çinlə hərbi ittifaq yaratmır və heç bir ölkəni təhdid etmir”.

Leqal.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya 24” telekanalında müsahibəsində söyləyib.

Putin Qərbin Rusiyanın Çinlə hərbi ittifaq yaratması ilə əlaqədar olan iddialarını təkzib edib.

Rusiya Prezidenti Rusiya və Çinin bir sıra sahələrdə, eləcə də hərbi sahədə əməkdaşlıq etdiyini, lakin bunun heç bir təhlükə yaratmadığını vurğulayıb.

Leyla Kamil
Leqal.info