Leqal.info CNN-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorunun ofisi məlumat yayıb. Bildirilib ki, yaralananlar arasında biri üç aylıq körpə olmaqla 12-si uşaqdır.
Xarkov regional hərbi administrasiyasının rəhbəri Oleq Sinequbovun sözlərinə əsasən, hücum nəticəsində 8 mərtəbəli binanın pəncərələri sınıb, 4 avtomobil alışıb, 1 avtomobilə isə ziyan dəyib. Xilasedicilərin ərazidə fəaliyyətlərini davam etdirdikləri qeyd olunub.
Ukrayna Prezidenti ofisinin rəhbəri Andrey Yermak Rusiyanın əraziyə yüksək partlayıcılıq qabiliyyəti olan mərmi atdığını bildirib.
Elvin Mahmudlu
Leqal.info