Leqal.info xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Təhlükəsizlik Tədbirləri və Fəlakətlərə Qarşı Mübarizə üzrə Mərkəzi Qərargahın məlumatına əsasən, 33 nəfər həyatını itirib: 17 nəfər Könsan-Pukto əyalətində, 11 nəfər Çxunçxon-Puktoda, 4 nəfər Çxunçxon-Namdoda və 1 nəfər Secon şəhərində. On nəfər itkin düşmüş hesab olunur. Onlardan doqquzu Könsan-Puktodandır. 22 nəfər xəsarət alıb.
Bundan başqa, agentliyin məlumatına görə, daha iki ölüm faktı da mövcuddur. Belə ki, Çxunçxon-Pukto əyalətində yeraltı tuneldə başqa bir cəsəd tapılıb, Könsan-Puktoda daha bir ölüm hadisəsi qeydə alınıb.
Leyla Kamil
Leqal.info