Misirin paytaxtı Qahirədə yaşayış binası çöküb, ölənlər var.

Leqal.info MENA agentliyinə istinadən xəbər verir ki, Qahirənin mərkəzindən şimalda beş mərtəbəli yaşayış binasının çökməsi nəticəsində 9 nəfər ölüb.

Dörd nəfər dağıntıların altından sağ çıxarılıb.

Misirin Sosial Həmrəylik Nazirliyi qurbanların ailələrinin hər birinə 1940 dollar kompensasiya veriləcəyini bildirib.

Rəsmilər tərəfindən yaralıların da yardım alacağı bildirilib.

Leyla Kamil
Leqal.info