“Odessanı Rusiyanın hava hücumlarından müdafiə etmək üçün Ukraynanın əlavə “SAMP-T” və ya “Patriot” zenit-raket kompleksinə ehtiyacı var”.

Leqal.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski brifinqdə bildirib.

Onun sözlərinə əsasən, Kiyev hazırda “SAMP-T” sistemlərindən istifadə edir.

Ancaq Ukrayna Prezideni bu sistemlərin harada yerləşdiyindən söz açmayıb..

Ukrayna dövlət başçısı həmin sistemlərin əla iş gördüklərini qeyd edib.

“Əgər bizdə müvafiq əlavə sistemlər olsaydı, onlar yalnız liman infrastrukturunu deyil, Odessanın infrastrukturunu da qoruyardılar. “Patriot” zenit-raket kompleksi də Ukraynanın qorunmasına kömək edir. Amma bunların hamısı hələ də müvafiq infrastrukturu qorumaq üçün kifayət deyil", - V.Zelenski vurğulayıb.

Leyla Kamil
Leqal.info