Macarıstana konsert vermək üçün gedən dünya şöhrətli aktyor və müğənni Conni Depp otel otağında huşsuz vəziyyətdə aşkar edilib.

Leqal.info xarici mediaya istinadən xəbər verir ki, məşhur aktyorun yüksək dozada narkotik istifadə etdiyi üçün komaya düşdüyü iddia edilib.

Görkəmli aktyor və müğənni Conni Deppin intihara cəhd etməsi də iddialar arasındadır. Məşhur aktyorun Macarıstanda keçiriləcək konserti ləğv edilsə də, hələlik mövzu ilə bağlı açıqlama edilməyib.

Leyla Kamil
Leqal.info