Rusiyanın Ukraynanın Odessa şəhərinə raket hücumu nəticəsində 50 ev, eləcə də Yunanıstanın konsulluğu zədələnib.

Leqal.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi axşam videomüraciətində söyləyib.

O, konsulluğun qismən dağıdılması halının Odessada birinci dəfə olmadığını, iyulun 20-də Çinin konsulluğunun zədələndiyini qeyd edib.

Zelenski, eyni zamanda bildirib ki, şəhərin atəşə tutulmasında müxtəlif tipli 19 raketdən istifadə edilib: bu, onların vurulmasını çətinləşdirmək üçün edilib və bu, daha geniş miqyasda məhvə səbəb olub.

Onun sözlərinə əsasən, Odessadakı Müqəddəs Transfiqurasiya Baş Kilsəsi Rusiyanın gəmi əleyhinə X-22 raketi ilə atəşə tutulub.

“1936-cı ildə bolşeviklər baş kilsəni qarət edib dağıdıblar. O, artıq müstəqil Ukraynada bərpa olunub və indi terrorçular onu yenidən dağıtmağa çalışırlar”, - Zelenski diqqətə çatdırıb.

Leyla Kamil
Leqal.info