Ukrayna Prezidenti Volodimir Zelenski kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı müşavirə keçirib.

Leqal.info xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı "Twitter" də yazıb.

"Biz Avropa Komissiyası ilə razılaşmaya inanırıq, ancaq istənilən ssenariyə hazırlaşırıq. Bizim mövqeyimiz aydındır: müvafiq məhdudiyyətlərin müddəti başa çatdıqdan sonra sentyabrın 15-dən sonra quru yolu ilə ixracın qarşısının alınması heç bir formada qəbuledilməzdir. Hər kəs üçün münasib olan bir həll tapmaq üçün bütün maraqlı tərəflərlə əlaqə saxlayırıq", - o vurğulayıb.

Leyla Kamil
Leqal.info