Türkiyənin Antalya şəhərində sərnişin mikroavtobusu yük maşını ilə toqquşub, ölən və yaralananlar var.

Leqal.info Türkiyə mediasına istinadən xəbər verir ki, Alanya rayonunda mikroavtobus yük maşınına çırpılıb. Qəza nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb.

Əraziyə polis və təcili yardım cəlb edilib.

Qəzanın hansı səbəbdən baş verdiyi bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Leyla Kamil
Leqal.info