Leqal.info xəbər verir ki, bu barədə Ali Radanın büdcə komitəsinin rəhbəri Roksolana Pidlasa "Telegram" da bildirib.
"İlin əvvəlindən beynəlxalq büdcə yardımı 25,3 milyard dollar təşkil edib", - komitə rəhbəri söyləyib.
Pidlasanın sözlərinə əsasən, 2023-cü ilin ilk altı ayında xarici resurslar dövlət büdcəsinin ümumi fonduna daxil olan bütün gəlirlərin 49,1%-ni təşkil edib.
O, həmçinin qeyd edib ki, Ukraynaya yardımın ən böyük donoru Avropa İttifaqıdır və bu il artıq Kiyevə 11,43 milyard dollar güzəştli kredit ayırıb.
2023-cü ilin başlanğıcındanUkrayna büdcəsinə Beynəlxalq Valyuta Fondundan 3,59 milyard dollar, Kanadadan isə 1,76 milyard dollar daxil olub.
Ali Radanın Maliyyə Komitəsinin məlumatına əsasən, 2023-cü ilin büdcəsində dövlət borcunun maksimum məbləğinin 172,7 milyard dollara qədər artırılması nəzərdə tutulub ki, bu da növbəti il üçün ÜDM-in proqnozlaşdırılan səviyyəsinin 102,3%-ni təşkil edir. Ukraynanın 2023-cü il dövlət büdcəsində 38 milyard dollar kəsir nəzərdə tutulub.
Leyla Kamil
Leqal.info