Rusiya Prezidenti Vladimir Putin Moskva meri seçkilərində onlayn səs verib.

Leqal.info xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, sentyabrın 8-dən Rusiyada səsvermə başlayıb, səsvermənin nəticələri əsasında bir çox regional parlamentlərin və yerli özünüidarəetmə orqanlarının tərkibi müəyyənləşəcək, Rusiya Federasiyasının 21 subyektində region rəhbərləri-qubernatorlar seçiləcək.

Elvin Mahmudlu
Leqal.info