Leqal.info xəbər verir ki, bu haqda Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Günortadan sonra, təxminən, Moskva vaxtı ilə saat 16:30-da prezident Putinin bugünkü fəaliyyətinin beynəlxalq hissəsi davam edəcək və bu, Si Cinpinlə bağlı olacaq”, - deyə Kremlin sözçüsü qeyd edib.
Peskov liderlər arasında təkbətək söhbət olacağını və söhbətin qeyri-rəsmi naharda davam edəcəyini bildirib. "Bu gün Putin və Si Cinpin arasında qeyri-rəsmi, lakin birbaşa və çox vacib ünsiyyət olacaq", - deyə Rusiya Prezidentinin mətbuat katibi vurğulayıb.
Leqal.info