Gürcüstanın Oni bələdiyyəsindəki Şovi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 32 nəfərə yüksəlib.

Leqal.info xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Ölənlərdən daha birinin meyitinin Çançaxi çayının yatağında tapıldığı, daha bir nəfərin axtarışlarının aktiv şəkildə davam etdirildiyi qeyd olunub.

Qeyd edək ki, təbii fəlakət avqustun 3-də baş verib. Hadisə ilə bağlı avqustun 7-də Gürcüstanda matəm elan edilib.

Elvin Mahmudlu
Leqal.info