Kreml Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhəti ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Leqal.info xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Kadırovun sağlamlıq vəziyyəti ilə bağlı arayış vermədiyini, bunun prezident administrasiyasının məsələsi olmadığını deyib.

Peskov Çeçenistan rəhbərinin keçən həftəsonu Rusiya Prezidenti Vladimir Putinlə görüşmədiyini də vurğulayıb.

Qeyd edək ki, Rusiyanın teleqram kanallarında Kadırovun səhhətinin pisləşdiyi, hazırda Mərkəzi Klinik xəstəxanada kəskin böyrək çatışmazlığından komaya düşməsi ilə bağlı məlumatlar yayılıb.

Elvin Mahmudlu
Leqal.info