Leqal.info xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov gələn xəbərləri çox narahatedici adlandırıb.
"Əlbəttə ki, çox narahatedici xəbərlər gəlir. Ona görə də xəbərləri diqqətlə izləyirik. Bizdə daha ətraflı məlumat yoxdur", - o söyləyib.
Bundan öncə məlum olub ki, bu gün Bişkekdə kütləvi həbslər olub. Saxlanılanların dövlət çevrilişinə hazırlaşdıqları bildirilir.
Qırğızıstan MTN saxlanılanlarla bağlı daha sonra məlumat verəcəyini bildirib.
Leqal.info