“Biz müharibə vəziyyətindəyik”.

Leqal.info xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu xalqa müraciətində deyib.

"Bu, hərbi əməliyyat deyil, vəziyyətin gərginləşməsi deyil. Bu, müharibədir. HƏMAS bu hücumun cavabını artıqlaması ilə ödəyəcək", - Netanyahu diqqətə çatdırıb.

Bundan başqa, Baş nazir bildirib ki, sərhəddəki yaşayış məntəqələrinin terrorçulardan təmizlənməsi və ehtiyatda olan İsrail hərbçilərinin səfərbər edilməsi barədə göstəriş verilib.

Leyla Kamil
Leqal.info