Ötən gecə İsrail qırıcıları, helikopterləri və artilleriyası Qəzza zolağında HƏMAS hərəkatı və “İslami cihad” qruplaşmasının radikallarının 500-dən artıq hədəfini vurub.

Leqal.info TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“HƏMAS-ın yeddi komanda mərkəzi və “İslami cihad” komanda mərkəzi hücuma məruz qalıb”, - deyə mətbuat xidmətinin məlumatında əks olunub.

Həmçinin HƏMAS-ın rəhbər şəxslərindən Ruhi Maştaanın iqamətgahının yerləşdiyi çoxmərtəbəli binalara da hücum edilib.

Leyla Kamil
Leqal.info