İsrailin Fələstinin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 560-a yüksəlib.

Leqal.info xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi "Telegram" kanalında məlumat yayıb.

"İsrailin Qəzza zolağında davam edən təcavüzü nəticəsində qurbanlarının sayı 560-a çatıb, 2900-dən çox yaralı var", - Nazirlik bildirib.

Leyla Kamil
Leqal.info