Qəzza zolağında həlak sayı 1000 nəfəri ötüb.

Leqal.info xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, İsrail Müdafiə Qüvvələrinin hücumu nəticəsində ölənlərin sayı 1055, xəsarət alanların sayı isə 5184 nəfərə yüksəlib.

Qeyd edək ki, 7 oktyabrda səhər saatlarından etibarən Qəzza zolağından İsrailin cənub və mərkəzi bölgələrinə raket zərbələri endirilib. HAMAS döyüşçüləri yük maşınları və paraplanlarla Qəzza zolağından İsrail ərazisinə daxil olublar.

İsrail ordusu isə öz növbəsində “Dəmir Qılınclar” hərbi əməliyyatına başladığını elan edib və daha sonra ölkə rəhbərliyi müharibə vəziyyətini rəsmən bəyan edib.

Leyla Kamil
Leqal.info