Leqal.info xəbər verir ki, bu barədə Qəzza bölgəsinin Səhiyyə Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, dünən Qəzza şəhərindəki Əl-Əhli Baptist xəstəxanası bombalanıb.
İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Daniel Haqari bu gün keçirdiyi brifinq zamanı diqqətə çatdırıb ki, xəstəxanaya endirilən zərbə ilə bağlı aparılan araşdırma başa çatıb.
Haqarinin sözlərinə əsasən, Qəzza zolağında xəstəxanaya edilən hücuma görə, "İslami cihad" qruplaşması məsuliyyət daşıyır, qeyri-dəqiq raket atışı nəticəsində faciəvi hadisə baş verib.
Leyla Kamil
Leqal.info