Oktyabrın 7-də Yaxın Şərqdə münaqişənin növbəti gərginləşməsindən sonra İsrailin hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 4 300 nəfəri ötüb, 13,5 mindən artıq insan yaralanıb.

Leqal.info xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi öz Telegram kanalında məlumat yayıb.

“4385 nəfər ölüb, onlardan 1756-sı uşaqdır. 13561 sakin yaralanıb”, - nazirliyin açıqlamasında deyilir.

Leqal.info