İsrail Ordusu növbəti dəfə Dəməşq və Hələb beynəlxalq aeroportlarına zərbə endirib.

Leqal.info xəbər verir ki, bu barədə SANA agentliyi Suriya Ordusuna istinadən məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saat 05.25 radələrində İsrail eyni vaxtda Aralıq dənizindən və Colan təpələri istiqamətlərindən Dəməşq və Hələb beynəlxalq aeroportlarına raket zərbələri endirib.

Aeroportların uçuş-eniş zolaqları sıradan çıxıb. Aeroport əməkdaşlarından biri ölüb, biri isə yaralanıb.

Leqal.info