İsrail qoşunları Qəzza zolağında Fələstin anklavının sahilyanı ən böyük şəhərinə daxil olub.

Leqal.info xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu X sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, qoşunlar əməliyyatda irəliləyiş əldə edir.

"Biz irəliləyirik. Bizə heç nə mane olmayacaq", - deyə Netanyahu vurğulayıb.

Leyla Kamil
Leqal.info