Leqal.info “Geo” telekanalına istinadən xəbər verir ki, bu barədə Kəraçi şəhərinin meri Murtaz Vahab məlumat verib.
Mer yanğın nəticəsində 22 nəfərin xəsarət aldığını bildirib. Onlardan 6-nın durumu ağırdır.
Qeyd edilib ki, yanğın ticarət mərkəzinin ikinci mərtəbəsində başlayıb və qısa müddətdə çoxmərtəbəli ticarət mərkəzinin yuxarı mərtəbələrinə qədər yayılıb. Yanğın artıq söndürülüb.
İlkin məlumatına görə, yanğına səbəb elektrik xəttində qısaqapanma olub. Ticarət mərkəzində yanğınsöndürmə sistemi olmayıb.
Leqal.info