Hindistanın cənubunda hərbi təlim təyyarəsi qəzaya uğrayıb, 2 nəfər ölüb.

Leqal.info xəbər verir ki, bu barədə Hindistan Hərbi Hava Qüvvələri (İndian Air Forces) “X” platformasında bildirib.

Hindistan HHQ məxsus “Pilatus PC-7 Mk II” təyyarəsi ölkənin cənubundakı Telanqana əyalətinin Medak rayonunda qəzaya uğrayıb.

Qəza zamanı təyyarədə olan pilot və təcrübəçi həlak olub.

Təyyarənin düşdüyü ərazidə mülki şəxslərə və infrastruktura heç bir ziyan dəyməyib.

Leqal.info