Pakistanın şimal-qərbində partlayış nəticəsində 4 polis həlak olub.

Leqal.info xəbər verir ki, bu barədə “Reuters“ agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Dera İsmayıl Xan bölgəsində polis idarəsinə hücum edilib. Silahlı qarşıdurma zamanı bomba partladılıb və baş vermiş terror aktı nəticəsində 28 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Sözügedən hadisəyə görə məsuliyyəti “Təhrik-i-Taliban-i-Pakistan” (və ya Pakistan Talibanı) öz üzərinə götürüb.

Leyla Kamil
Leqal.info