Suriya ərazisində yerləşən ABŞ-nin iki hərbi bazası raket atəşinə tutulub.

Leqal.info xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Əz-Zəxriyə hava limanı yaxınlığındakı Amerika bazasına hücum daha şiddətli olub. Nəşrdə qeyd edildiyi kimi, hava limanı ölkənin şimal-şərqindəki Əl-Həsəkə şəhərində yerləşir.

Agentliyin məlumatına əsasən, raketlərin əksəriyyəti birbaşa ABŞ bazasının ərazisinə düşüb. Lakin hədəfə çatan mərmilərin dəqiq sayı göstərilmir.

Hadisə ilə bağlı digər təfərrüatlar hələlik açıqlanmır.

Leqal.info