Əbdülfəttah əs-Sisi Misirin prezidenti seçilib.

Leqal.info xəbər verir ki, bu barədə Misir Ərəb Respublikasının Milli Seçki Komissiyası məlumat yayıb.

Məlumata görə, seçkilərdə iştirak edənlərin 89,6 faizi Əbdülfəttah əs-Sisiyə səs verib.

10-12 dekabr tarixlərində keçirilən ümumxalq seçkilərin nəticələri hesablanıb və yekun qərara əsasən, Əbdülfəttah əs-Sisi qalib gələrək növbəti 6 ildə yenidən ölkənin prezidenti olacaq.

Leqal.info