Ukrayna ordusunun Rusiyanın Belqorod vilayətinə ötən gün endirdiyi zərbə nəticəsində bir nəfər ölüb, 12 nəfər yaralanıb.

Leqal.info xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov “Telegram”da bildirib.

Qladkovun sözlərinə əsasən, ölən şəxs avtomobildə hərəkətdə olarkən yanında mərmi partlayıb və qəlpə yaralarından yerindəcə keçinib.

Belqorod şəhərində 64 fərdi təsərrüfat, 7 mənzil, 6 çoxmənzilli yaşayış binası, 7 ticarət obyekti, bir qarajda dağıntı qeydə alınıb, 44 avtomobilə ziyan dəyib.

Leyla Kamil
Leqal.info